PKK/YPG-nin 19 terrorçusu zərərsizləşdirilib

1 May 2022 18:37

Suriyanın şimalında Türkiyə ordusu 19 terrorçunu zərərsizləşdirib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, PKK/YPG-nin 16 silahlısı "Zeytun budağı", qalanları isə "Barış Pinarı" antiterror əməliyyatları zonasında məhv edilib.

Milli Müdafiə Nazirliyi Türkiyə ordusunun bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

Milli.Az