Dünya

Fransa və Ukrayna lideri arasında telefon danışığı təxirə salınıb

29 Aprel 2022 21:36
0 Şərh     Baxış: 837
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa Prezidenti Emmanuel Makronun ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı cümə günü (29 aprel - red) deyil, şənbə günü (30 aprel - red) baş tutacaq.

Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə "BFM" telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Telefon danışığının dəqiq vaxtı hələlik təsdiqlənməyib.

Qeyd edək ki, Makron Yuxarı Pireney departamentinə səfəri zamanı jurnalistlərə bildirib ki, bu gün axşam Zelenski ilə telefonla danışmaq niyyətindədir. O, Ukrayna prezidenti ilə müzakirə etməyi planlaşdırdığı mövzuları açıqlamayıb, lakin qeyd edib ki, Ukraynadakı vəziyyət hələ də narahatlıq doğurur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.