Dünya

Rusiya Xarkova hücum edir: yaralananlar var

26 Aprel 2022 15:42
1 Şərh     Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarkovda Rusiyanın hücumundan sonra nəticəsində 3 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinegubov məlumat verib.

"Sonuncu atəş nəticəsində 3 nəfər həlak olub, 7 nəfər yaralanıb, məlumat hələ dəqiqləşdirilir".

Sinequbovun sözlərinə görə, ölənlər arasında uşaq yoxdur, iki nəfərin isə vəziyyəti ağırdır.

O, təcili tibbi yardım briqadalarının gücləndirilmiş iş rejimində işlədiyini vurğulayıb.

"Sakinlərdən son dərəcə diqqətli olmalarını, mümkünsə sığınacaqları tərk etməmələrini xahiş edirik", - Sinegubov dedi.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.