Dünya

Rusiyadan sərt açıqlama: bu, siyasi xuliqanlıqdır

22 Aprel 2022 20:18
1 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya Xarici İşlər Nazirliyinin Kuril adalarının cənub hissəsini "qanunsuz işğal olunmuş" adlandırması siyasi xuliqanlığı xatırladır və ikitərəfli münasibətlərə təsir göstərəcək.

Milli.Az bildirir ki, bu barədə TASS-a Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin məlumat verib.

"Əlbəttə, bu, münasibətlərimizin ab-havası üçün nəticələrsiz ötüşməyəcək. Bu, siyasi xuliqanlığı, şifahi quldurluğu xatırladan hədsiz bəyanatdır. Belə şeylərə yol vermək olmaz", - Karasin deyib.

O qeyd edib ki, bu fakt Rusiya ictimai rəyi tərəfindən çox ağrılı şəkildə qəbul edilib, "çünki bütün bu bəyanatlardan militarizm və Uzaq Şərqdə və bütövlükdə dünyada baş verən tarixi hadisələrin yanlış anlaşılması iyi gəlir".

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.