Dünya

Litva Ukraynaya iriçaplı minaatanlar verib

21 Aprel 2022 15:06
1 Şərh     Baxış: 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Litva Ukraynaya iriçaplı minaatanlar verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas yerli mətbuata açıqlamasında bildirib.

"Biz Ukraynaya dəstək məqsədilə çox sayda ağır minaatanlar təhvil vermişik, mən sayı açıqlamayacağam", - nazir deyib.

Anusauskas qeyd edib ki, Litva Ukraynaya yalnız "Stinger" sistemləri deyil, eyni zamanda, digər tank və hava hücumundan müdafiə silahları, müxtəlif sursatlar, qumbaralar, pulemyotlar, avtomatlar və. s təhvil verib.

Nazir vurğulayıb ki, Litvanın Ukraynaya göndərdiyi hərbi ləvazimatların dəyəri on milyonlarla avro təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.