Dünya

Karantin rejimini pozdu: 51 min dollar cərimələndi

19 Aprel 2022 16:42
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayvanın şimalındakı Sinbey  şəhərinin səhiyyə orqanları karantini pozduğuna görə 18 yaşlı oğlana rekord yüksək məbləğdə cərimə kəsib. 

Milli.Az lent.az-a istinadla xəbər verir ki, onun ailəsi 1,5 milyon Tayvan dolları (51,5 min dollar) ödəməli olacaq.

Koronavirusa yoluxan yeniyetmə 10 günlük ev karantin rejimini pozub. Həftə sonu o, dostları ilə basketbol oynamağa və həmçinin COVID-19-da yoluxmuş sevgilisinə hədiyyə almağa gedib.

Əvvəlcə gənc evdən çıxdığını inkar etməyə çalışıb. Bununla belə, polis və həkimlər sübut kimi onun sosial şəbəkələrdə yayımlanan "macəraları"nın fotolarını göstəriblər. Bu qeydlərin skrinşotları Internet istifadəçilərindən biri tərəfindən səlahiyyətli orqanlara göndərilib.

Məlum olub ki, gənc COVID-19 xəstələrinin yerinin izlənilməsi proqramını aldatmaq üçün qəsdən telefonunu evdə qoyub. O, şəkil çəkmək üçün başqa smartfondan istifadə edib.

Hazırkı cərimə pandemiyanın başlanğıcından bəri adada rekorda çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.