Dünya

Bir sıra xarici liderlərin bu həftə Ukraynaya səfərləri planlaşdırılır

18 Aprel 2022 08:16
0 Şərh     Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir sıra xarici liderlərin bu həftə Ukraynaya səfərləri planlaşdırılır.

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva deyib.

Onun sözlərinə görə, bir neçə ölkənin dövlət və hökumət rəsmiləri Kiyevə səfərə hazırlaşır. Bundan əlavə, diplomatik nümayəndəliklərin əməkdaşları paytaxta qayıtmaqda davam edəcəklər.

Prezident Ofisi belə səfərləri Qərbin Ukraynaya dəstəyinin sübutu adlandırıb. Ofis rəsmisinin sözlərinə görə, hər bir lider silah tədarükü, sanksiyaların saxlanması və ya Ukraynanın Avropa İttifaqına daxil olması mövzularında konkret təkliflərlə gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.