Dünya

ABŞ Zelenskiyə həsr olunmuş sikkə buraxdı - FOTO

17 Aprel 2022 18:52
Baxış: 1 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Evin suvenir mağazasında Vladimir Zelenskinin 16 mart 2022-ci ildə ABŞ Konqresinə tarixi müraciətinə həsr olunmuş xatirə sikkəsi təqdim edilib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə suvenir mağazasının saytında məlumat verilib.

"Tarixi anlar" seriyası çərçivəsində buraxılan sikkənin üzərində prezidentlər Vladimir Zelenski və Co Baydenin təsviri, habelə Zelenskinin Konqresdə çıxışı anı əks olunub. Sikkədə Ukrayna prezidentinin çıxışından sitat da öz əksini tapıb.

Sikkənin qiyməti 100 dollardır. Satışdan əldə olunan gəlir Ukrayna xalqına humanitar yardım üçün göndəriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.