Dünya

Şahzadə Harri və Meqan Markl kraliça ilə görüşdü

15 Aprel 2022 21:44
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə Britaniya kral ailəsindən ayrıldıqdan sonra ilk dəfə İngiltərə kraliçası II Elizabet ilə görüşüblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Şahzadə Harri və Meqan Marklın sözçüsü cütlüyün Hollandiyanın Haaqa şəhərində keçiriləcək "Invictus Games"dən əvvəl Böyük Britaniyaya səfərini təsdiqləyib.

Cütlüyün Kraliça Elizabetə baş çəkməsi Şahzadə Harrinin keçən ay babası - Edinburq hersoqu Şahzadə Filipin paytaxt Londonda keçirilən anım mərasiminə qatılmamasından sonra baş verib.

Qeyd edək ki, onlar 2020-ci ilin yanvarında kral ailəsini tərk etdikdən sonra İngiltərədə bir yerdə olmayıblar. Cütlük həmin vaxtdan daha müstəqil yaşamaq üçün Cənubi Kaliforniyaya köçüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.