Dünya

"Ukrayna bu müharibədə Rusiyanın iki mühüm gəmisini zərərsizləşdirib" - Britaniya kəşfiyyatı

15 Aprel 2022 10:32
0 Şərh     Baxış: 1 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya "Slava" sinfinə aid "Moskva" kreyserinin batdığını etiraf edib. Rusiyanın Qara dəniz Donanmasının flaqmanı olan "Moskva" həm komanda gəmisi, həm də hava hücumundan müdafiə qovşağı kimi mühüm rol oynayıb".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

"Sovet dövründən qalma gəmi Rusiya donanmasında "Slava" sinifli üç kreyserdən biri idi. Əvvəlcə 1979-cu ildə istismara verilən "Moskva" öz qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş geniş təmir işlərini tamamlayıb və yalnız 2021-ci ildə işlək vəziyyətə qayıdıb.

Bu insident o deməkdir ki, Rusiyanın Ukraynaya hərbi müdaxilədən sonra iki mühüm hərbi dəniz obyektləri ziyana uğrayıb. Onlardan birincisi martın 24-də "Alliqator" sinfinə məxsus "Saratov" desant gəmisi olub. Hər iki olay Rusiyanı Qara dənizdəki mövqelərinə yenidən baxış keçirməyə vadar edəcək", - məlumatda vurğulanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.