Dünya

3 milyon insan Ukraynanı tərk etdi

12 Aprel 2022 18:42
0 Şərh     Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 24-dən, Rusiyanın genişmiqyaslı hücumunun başlanmasından bəri 870 mindən çox Ukrayna vətəndaşı Ukraynaya qayıdıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bunu Ukrayna Media Mərkəzində keçirilən brifinqdə Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.

"24-dən ümumilikdə, 870 mindən çox Ukrayna vətəndaşı Ukraynaya daxil olmaq üçün uçub", - Demçenko bildirib.

O qeyd edib ki, fevralın 24-dən başlayaraq ümumilikdə hər iki istiqamətdə Avropa İttifaqına üzv ölkələr və Moldova ilə ərazidə 4 milyon 300 min vətəndaş dövlət sərhədini keçib. O cümlədən, onların 3 milyonu Ukraynanı tərk edib. 350 minə yaxın əcnəbi də gedib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.