Dünya

"Yaxın iki-üç həftə ərzində Ukraynanın şərqində döyüşlər intensivləşəcək" - Britaniya kəşfiyyatı

12 Aprel 2022 09:30
0 Şərh     Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaxın iki-üç həftə ərzində Ukraynanın şərqində döyüşlər intensivləşəcək, çünki Rusiya öz səylərini orada cəmləməyə davam edir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

"Rusiyanın hücumları hələ də Ukraynanın Donetsk və Luqansk yaxınlığındakı mövqelərinə yönəlib. Xerson və Nikolayev ətrafında döyüşlər davam edir, həmçinin Kramatorsk yenidən hücuma məruz qalmağa başlayıb. Rusiya qüvvələri Ukraynanın şərqindəki əməliyyatlara dəstək vermək üçün Belarusdan geri çəkilməyə davam edir", - məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.