Dünya

Rusiyalı milyarderin 105 milyonluq villası müsadirə olundu

11 Aprel 2022 22:38
0 Şərh     Baxış: 1 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada rusiyalı milyarder Dmitri Arkadieviç Mazepin və onun oğlu "Formula 1" pilotu Nikitaya məxsus 105 milyon avro dəyərində əmlakı müsadirə olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İtaliya Maliyyə Polisi (Guardia di Finanza) açıqlama yayıb.

Bildirilib ki, Sardiniya adasındakı Olbia şəhəri yaxınlığındakı 105 milyon avro dəyərində olan Mazepin ailəsinə məxsus villa araşdırmaların təsdiqindən sonra müsadirə olunub.

Qeyd edək ki, ötən il "Formula1"də "Haas" komandasında çıxış edən Nikita Mazepinin müqaviləsi bu ilin əvvəlində uzadılsa da, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindən müqaviləsinə xitam verilib.

Xatırladaq ki, İtaliyada Avropa İttifaının (Aİ) sanksiya siyahısında olan və Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan 5 rusiyalı milyarderə məxsus 143 milyon avro dəyərində sərvət martın 5-də, digər rusiyalı oliqarx Andrey Melniçenkonun isə 530 milyon avro dəyərində olan "Sy A" adlı dəbdəbəli yaxtası martın 12-də müsadirə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.