Dünya

Rus hərbçilərin uşaqları zorlaması ilə bağlı faktlar açıqlandı

8 Aprel 2022 23:32
1 Şərh     Baxış: 2 165
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya hərbçiləri Kiyev vilayətində olarkən yerli sakinlərə, o cümlədən, uşaqlara təcavüz ediblər".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna ombudsmanı Lyudmila Denisova bildirib.

O qeyd edib ki, aşağıdakı cinayətlərin törədilməsinə dair faktlar artıq müəyyən edilib:

- 14 yaşlı qız beş kişi rus hərbçi tərəfindən zorlanıb. İndi hamilədir.

- 11 yaşlı oğlan anasının gözü qarşısında təcavüzə məruz qalıb. Anasını oğluna edilən zorakılğı izləməsi üçün kresloya bağlayıblar.

- 20 yaşlı qadın üç rus hərbçi tərəfindən eyni anda təcavüzə məruz qalıb.

Denisova xatırladıb ki, zorlama 1949-cu ildə Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının 27-ci maddəsi ilə qəti şəkildə qadağandır.

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı BMT-nin İnsan Haqlarının Pozulmasını Araşdırma Komissiyasına və Moskva Mexanizminə uyğun olaraq ATƏT-ə üzv dövlətlər tərəfindən yaradılmış ekspert missiyasına müraciət edirəm ki, Rusiyanın Ukraynada hərbi cinayətləri ilə bağlı bu faktları nəzərə alsınlar. Ruslar ən ciddi məsuliyyəti daşımalıdırlar!", - o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.