Dünya

Ukrayna Rusiyanın bütün əmlakını milliləşdirməyə hazırlaşır

8 Aprel 2022 12:30
0 Şərh     Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hökumət Ukraynada Rusiya əmlakının milliləşdirilməsi prosesinə başlamaq üçün sənədlərin qəbulu üzərində işləyir.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, Baş nazir Denis Şmıqal bu barədə ümummilli telemarafonun efirində bildirib.

"Ukraynada Rusiyaya məxsus bir sıra sahibkarlıq subyektləri var. Mexanizmlər qanunda göstərilib, hazırda qanunvericilik aktları qəbul edilir. Biz artıq bütün bu proseslərə başlamışıq. Təbii ki, Rusiyanın bizə verdiyi itkilərin bir qismini kompensasiya etmək üçün Rusiyanın bütün əmlakını milliləşdirəcəyik", - Şmıqal vurğulayıb.

Baş nazir Rusiya əmlakının milliləşdirilməsi zamanı məhkəmə qərarlarına ehtiyac olub-olmayacağını aydınlaşdıran suala belə cavab verdi: "Müharibə şəraitində, düşünürəm ki, biz yeni qanuna uyğun hərəkət edəcəyik və müharibə şəraitində bu əmlakı milliləşdirəcəyik".

Daha əvvəl verilən məlumata görə, martın 3-də Ali Rada Rusiyaya məxsus aktivlərin Ukrayna tərəfindən milliləşdirilməsi prosedurunu müəyyən edən qanun qəbul edib.

Martın 10-da onu prezident Vladimir Zelenski imzalayıb. Qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan dövlətin əmlakının zorla ələ keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.