Dünya

Yaşayış binaları, məktəblər və uşaq bağçaları: Kiyevdə dağıntıların miqyası açıqlandı

8 Aprel 2022 11:07
0 Şərh     Baxış: 2 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının Kiyevdə genişmiqyaslı hücumu başlayandan indiyədək 208 yaşayış binasına ziyan dəyib.

Milli.Az bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının Telegram kanalında məlumat verilib.

"Kiyevdə Rusiyanın tammiqyaslı hücumu başlayandan 208 yaşayış binası, 46 məktəb, 29 uşaq bağçası və 1 uşaq evi zədələnib. 13 inzibati bina, 2 idman obyekti, 5 sosial obyekt, 17 səhiyyə obyekti, 10 mədəniyyət obyekti, 48 nəqliyyat infrastrukturu obyekti də zədələnib", - məlumatda deyilir.

Kiyev Şəhər Dövlət Administrasiyası əlavə edib ki, bütün bu obyektlər nəzərə alınacaq, ekspertlər zərərin dərəcəsini müəyyənləşdirəcək, bundan sonra onların tədricən bərpasına başlanılacaq.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.