Dünya

Ruslar yenə Mariupola hücum edir

7 Aprel 2022 13:54
0 Şərh     Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya qüvvələrinin irəlilədiyi doqquz əməliyyat istiqamətindən iki yarımı qalıb. Bu, Birləşmiş Qüvvələrin Əməliyyatı (BQƏ) zonası, Luqansk vilayəti, Mariupoldur".

Milli.Az "report"-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

"Hava qüvvələrimiz düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etməkdə davam edir. Bir sutka ərzində bir neçə təyyarə, helikopter və qanadlı raket vurulub. Məhv edilən pilotsuz uçuş aparatlarının sayının kəskin artması düşmənin ordu aviasiyasından istifadə etməkdən qorxduğunu göstərir. Düşmən aviasiya qüvvələrini BQƏ zonasında cəmləşdirib", - müşavir vurğulayıb.

Onun sözlərinə görə, ən şiddətli döyüşlər Luqansk vilayətində gedir:

"Bunlar Rubejnoye, Popasna, Severodonetskdir. Ukrayna Silahlı Qüvvələri müdafiə xəttini saxlayır, əks-hücumlara keçir. BQƏ zonasında düşmən İzyumdan cənuba doğru - Kramatorsk və Slavyansk istiqamətində hücumu inkişaf etdirir. Bu, qoşunlarımızı mühasirəyə almaq cəhdidir".

Mariupoldakı vəziyyətə toxunan Prezident Ofisi rəsmisi işğalçı qüvvələrin şəhərə qarşı hücumu bərpa etdiyini bildirib: "Lakin Ukrayna qoşunları ağır vəziyyətdə dayana bilirlər. Hökumət onlara hər cür mümkün köməyi göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.