Dünya

Yerin daxilindəki cisimlər şəklini dəyişməyə başlayıb

3 Aprel 2022 16:37
0 Şərh     Baxış: 1 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər müəyyən ediblər ki, mantiya şleyfləri, Yerin nüvəsinə yaxın mantiyanın əsasından hərəkət edən isti mantiya axınları formasını dəyişməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, mantiya şleyflərindən biri Afrikanın, digərinin isə Sakit okeanın altındadır və hər ikisi Yer səthinə toxunduqları yerlərdə vulkanlar yaradırlar. Tədqiqatçılar deyirlər ki, tədricən bu obyektlər dəyişir.

Alimlər bildiriblər ki, Yerin dərin strukturları "superdamcılar" əmələ gətirə və sonra zamanla parçalana bilər. Modellərə görə, Afrika "damcısı" yəqin ki, 60 milyon il əvvəl ortaya çıxıb. İlkin hesablamalar onun təxminən on dəfə uzun çox mövcud olduğunu göstərir.

Tədqiqatçılar deyirlər ki, sözügedən kəşf insanlara almaz, nikel və digər metalların harada tapıldığını daha yaxşı müəyyənləşdirməyə kömək edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.