Dünya

Rusiyada illik inflyasiya son 7 ilin ən yüksək səviyyəsinə çatıb

30 Mart 2022 23:05
0 Şərh     Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada illik inflyasiya 15,7 faizə çatıb ki, bu da 2015-ci ilin sentyabrından bəri ən yüksək səviyyədir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ekspertlər sanksiyalar səbəbindən ölkədə inflyasiyanın ilin sonuna kimi 20 faizə yüksələcəyini proqnozlaşdırırlar.

Rusiya Federal Statistika İnstitutunun (Rosstat) açıqladığı məlumatlara görə, 19-25 mart tarixlərini əhatə edən həftə ərzində Qərb ölkələrinin sanksiyaları səbəbindən ölkədə məhsulların qiymətlərində ciddi artımlar olub.

Sözügedən dövrdə həftəlik inflyasiya 1,1 faiz olarkən, illik inflyasiya 2015-ci ilin sentyabrından bu yana ilk dəfə 1,1 faiz artaraq 15,7 faizə yüksəlib.

Martın 19-25-də şəkərin qiyməti əvvəlki həftəyə nisbətən 6,5 faiz, soğan 18,3 faiz, kələm isə 15,9 faiz bahalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.