Dünya

Ukrayna Kiyevdən şərqdəki şəhər və müdafiə mövqelərini geri qaytarır - Britaniya kəşfiyyatı

25 Mart 2022 14:00
0 Şərh     Baxış: 2 792
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Kiyevdən 35 kilometr şərqdə yerləşən şəhərləri və müdafiə mövqelərini geri qaytarır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ukraynanın əks-hücumları və Rusiya qüvvələrinin həddindən artıq genişləndirilmiş təchizat xətlərindən geri düşməsi Ukraynaya Kiyevdən 35 kilometr şərqdə yerləşən şəhərləri və müdafiə mövqelərini geri qaytarmağa imkan verib.

"Ukrayna qüvvələrinin Rusiya qüvvələrini şimal-qərb oxu boyunca Kiyevdən Hostomel aerodromuna doğru geri itələmək cəhdləri çox güman ki, davam edəcək. Ukraynanın cənubunda Rusiya qüvvələri hələ də Nikolayevdən yan keçməyə çalışır, çünki onlar qərbə - Odessaya doğru irəliləməyə çalışırlar. Logistika problemləri və Ukraynanın müqaviməti səbəbindən Rusiya qüvvələrinin irəliləyişləri yavaşlayıb", - məlumatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.