ABŞ-ın keçmiş prezidenti Donald Tramp Hillari Klintonu və Demokratlar Partiyasının rəhbərliyini onun Rusiya ilə sövdələşməsi ilə bağlı yalan məlumat yaymaqla 2016-cı il seçkilərinin nəticələrinə təsir göstərmək cəhdində ittiham edərək məhkəməyə verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iddiaçı bildirib ki, cavabdehlərin yeganə məqsədi Trampı ləkələmək və onun seçki şanslarını sarsıtmaq olub.
İddia ABŞ-ın Florida ştatının Şərq dairəsi üzrə federal məhkəməsində qaldırılıb.
Milli.Az