Dünya

"Ukraynaya hücum ərzaq böhranına səbəb ola bilər"

23 Mart 2022 22:04
0 Şərh     Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya hücumu Yaxın Şərqdə və Şimali Afrikada ərzaq böhranına səbəb ola bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Quterreş bildirib ki, Ukrayna və Rusiyadan taxıl idxalının dayanması bir çox ölkədə iğtişaşlara səbəb ola bilər.

"Ərzaq, yanacaq və gübrə qiymətləri kəskin artır, tədarük zənciri qırılır. Bütün bunlar ən kasıb ölkələri sərt şəkildə vurur və dünyada siyasi qeyri-sabitlik və iğtişaşların toxumunu əkir", - deyə Quterreş bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.