Dünya

Ukraynada kimya zavodunda ammonyak sızması baş verib

21 Mart 2022 09:36
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Sumı şəhərində yerləşən "Sumıximprom" kimya sənayesi zavodunda ammonyak sızması baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski xəbər verib.

Məlumata görə, bu sızıntı təxminən 5 km radius əraziyə təsir edib. Jivitski daha sonra bildirib ki, zərər dəyən zona 2,5 km-ə qədər azalıb. Külək şəhər istiqamətindən olduğu üçün Sumı sakinlərinin həyatı və sağlamlığı üçün heç bir təhlükə olmadığı qeyd edilir.

Dmitri Jivitski teleqram kanalında yazıb ki, hazırda hadisə yerində zavodun və Fövqəladə Hallar Dövlət Xidmətinin təcili dəstələri işləyir: "Sumı üçün heç bir təhlükə yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.