Dünya

Xarkov yenə bombalandı: dəhşətli mənzərə - VİDEO

18 Mart 2022 14:15
0 Şərh     Baxış: 3 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rus əsgərləri Xarkovu atəşə tutmaqda davam edir. Raket hücumlarından birinin nəticəsində Rusiya hərbçiləri Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının Xarkov Regional Dövlət İdarəçilik İnstitutunun binasını dağıdıblar.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bununla bağlı təsirli video yayılıb. Yazı yerli Telegram kanalı tərəfindən dərc edilib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Xarkovda martın 18-də atəşə tutulması nəticəsində ali təhsil ocağının binasına və yaşayış binalarına ziyan dəyib. Ölən və yaralananlar var.

Altı mərtəbəli tədris binasının dağıdıldığı qeyd edilsə də, hansı müəssisənin olduğu barədə məlumat verilmir.

"Bir nəfər ölüb, 11 nəfər yaralanıb, bir nəfər dağıntılar altındadır. İki yaşayış binasında yanğın söndürülüb. Məlumat dəqiqləşdirilir", - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.