Dünya

Rusiya mülki əhalinin təxliyə karvanını atəşə tutdu

16 Mart 2022 23:20
0 Şərh     Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hərbçiləri Mariupol şəhərindən təxliyə edilən mülki əhalinin avtomobil karvanını atəşə tutublar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yaralananlar arasında uşaqlar da var.

"Bu gün saat 15:30 radələrində rusiyalı işğalçılar Mariupol şəhərindən Zaporojye şəhərinə təxliyə edilmiş mülki əhalinin avtomobil karvanını atəşə tutublar. İlkin məlumata görə, ölənlər var. Xəsarət alanlar və yaralananlar arasında uşaqlar da var", - Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.

Qurbanların sayı dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.