Dünya

Rusiyada bu məhsullarda qıtlıq var - İxraca qadağa qoyuldu

15 Mart 2022 12:48
0 Şərh     Baxış: 7 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Baş naziri Mixail Mişustin iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına müvəqqəti qadağa qoyulması barədə qərar imzalayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya hökumətinin mətbuat xidməti yayıb. 

Bununla yanaşı, avqustun 31-nə qədər üçüncü ölkələrə ağ şəkər və qamış şəkəri xammalının ixrac edilməsinə qadağa qoyulub. 

Rusiya Nazirlər Kabinetinin məlumatına görə, taxılın ixracına qoyulan qadağa buğda və meslin (buğda və çovdar qarışığı), çovdar, arpa və qarğıdalıya şamil edilir.

Qeyd olunur ki, bu məhsulların Rusiyadan başqa ölkəyə göndərilməsi yalnız humanitar yardım göstərilməsi, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində mümkün olacaq.

Nazirlər Kabineti bildirib ki, sözügedən qərar daxili ərzaq bazarını xarici məhdudiyyətlər şəraitində qorumaq üçün verilib. 

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Rusiyada mağazalarda şəkər qıtlığı yaşanmasına dair fotolar paylaşılıb. Fotolardan şəkər üçün ayrılan rəflərin tamamilə boş olduğunu görmək mümkün olub. Ukraynalı jurnalist Dmitri Qordon da öz rəsmi instaqram hesabında bununla bağlı fotolar paylaşıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.