Dünya

Danışıqların dördüncü raundu təyin olunacaq

13 Mart 2022 13:18
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundu hüquqi formatlar işlənib hazırlandıqdan sonra baş tutacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Kommersant"a müsahibəsində Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, qeyd edib ki, belə formatları yaxın gələcəkdə hazırlamaq olar.

"Qarşılıqlı hüquqi formatlar artıq işlənib hazırlandıqdan sonra görüş - danışıqların dördüncü raundu təyin olunacaq. Bu, sabah, o biri gün ola bilər", - Ukrayna rəsmisi bildirib.

Onun sözlərinə görə, yəqin ki, artıq "təkcə söhbət etmək" lazım deyil.

"Biz bütün məsələləri müzakirə etdik, indi bu məsələləri hansısa hüquqi formatlara salmağa çalışırıq", - Podolyak əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.