Siyasət

12 gündə Mariupolda 1582 dinc sakin həlak olub

11 Mart 2022 23:10
0 Şərh     Baxış: 1 226

12 gündə Mariupolda 1582 dinc sakin həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Mühasirəyə alınmış Mariupol indi planetin ən ağır humanitar fəlakətinin yaşandığı yerdir. 12 gündə 1582 dinc sakin öldürülüb", - deyə nazir bildirib.

Ukrayna XİN rəhbəri Rusiya qüvvələrinin davamlı zərbələri nəticəsində həlak olanların kütləvi məzarlarda dəfn edildiyini qeyd edib.

"Rusiyanın hərbi cinayətlərini dayandırmaq üçün təyyarələrə ehtiyacımız var! ", - deyə Kuleba əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.