Dünya

Ukrayna Çerniqovda 5 yaşayış məntəqəsini azad etdi

11 Mart 2022 15:46
1 Şərh     Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çerniqov vilayətindəki Ukrayna müqavimət qüvvələri 5 yaşayış məntəqəsini rus əsgərlərindən alıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə "Facebook"da "Şimal" Əməliyyat Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Federasiyasının bölmələri tam döyüş əməliyyatları aparmaq iqtidarında deyil. Zabitlər arasında çaxnaşma yaranıb ki, onları ali hərbi-siyasi rəhbərlik tərk edib.

"Və bunun nəticəsində bizim Çerniqov vilayətindəki yaşayış məntəqələrimizin üzərində Ukraynanın dövlət bayraqları və iki zirehli transportyorumuz var ki, bu da indi Ukrayna xalqının rifahına xidmət edəcək", - ukraynalı döyüşçülər əlavə ediblər.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Derqaçidən rus əsgərlərini sıxışdırıb və əraziyə tam nəzarət edir.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.