Dünya

Almaniyada yağ və un qıtlığı yaranıb - FOTO

10 Mart 2022 20:48
0 Şərh     Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Ukrayna müharibəsi Almaniyada ərzaq qıtlığına səbəb olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Rusiyadan ərzaq mallarının idxalı dayandırıldığı üçün marketlərdə bir çox ərzaq məhsullarının qiymətində 25 və 50 faizlik artım müşahidə edilir.

Marketlərdə günəbaxan yağı və un qıtlığı yaranıb. Bəzi marketlər çıxış yolunu sözügedən məhsullara limit müəyyən etməkdə görüblər. Belə ki, hazırda ölkədəki bir sıra marketlərdə bu məhsullardan bir dəfə və yalnız iki ədəd almaq mümkündür.

Bununla belə, bəzi istehlakçı birliklər yağ və un böhranının daha böyük problemlərə səbəb ola biləcəyini iddia edirlər.

Almaniya kimi iri bazarlara malik ölkələrdə Rusiyadan gələn mallara qadağa qoyulduğundan, ancaq bu ölkədən gələn ərzaq məhsullarını satan market şəbəkələrinin əksəriyyəti bağlanmaq təhlükəsi ilə üzləşib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.