Dünya

Çerniqovda Rusiya qoşunları ciddi itki verib, şəhərin istilik və işıq sistemi məhv edildi

10 Mart 2022 12:06
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Çerniqov şəhərində ötən gün axşam saatlarından bu gün səhərə qədər 2-3 istiqamətdən Rusiya silahlı qüvvələri tərəfindən artileriya və aviabomba zərbələri endirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhərin müdafiəsi Ukrayna silahlı qüvvələri və könüllülər tərəfindən aparılır, təslim olmayıblar və işğalçı qüvvələri geri otuzdura biliblər.

Son sutkada aviabomba nəticəsində təkcə Çerniqovda 40 nəfər mülki adam həlak olub, 100 ə yaxın adam yaralanıb. Operativ məlumatlara əsasən Rusiya tərəfində 100-ə yaxın texnika sıradan çıxarılıb, 200-ə qədər itkinin olduğu bildirilir.

Çerniqovun işıq sistemi bombalanma nəticəsində sıradan çıxıb, şəhərin 2/3 hissəsinin istiliyi yoxdur.

Hazırda yerli sakinlər Ukrayna silahlı qüvvələri ilə birlikdə müdafiə barikadaları qurur, azyaşlıları belə könüllülərə yardım edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.