Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev diplomatik forumda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə gedib.
Milli.Az APA-ya istinadən bildirir ki, Nazarbayevin mətbuat katibi bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın dəvəti ilə baş tutub.
"Türkiyə Prezidenti Ərdoğanın dəvəti ilə elbaşı forumda iştirak etmək üçün Antalyaya gedib. Antalya forumu qlobal və regional məsələlərdə fikir mübadiləsi üçün diskussiya meydanıdır", - deyə mətbuat katibi bildirib.
Milli.Az