Gürcüstan

"Gürcü Arzusu" seçkilərdə qalib gəldi

4 Oktyabr 2025 20:49
Baxış: 345
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası bələdiyyə seçkilərində qalib gəldiyini elan edib.

Milli.Az xəbər verir ki, partiya bütün bələdiyyələrdə ilk turda qələbə qazandığını bildirib.

Bu arada Tbilisidə etirazçılar "Gürcü Arzusu"nun baş ofisinə yürüşə hazırlaşırlar.

Hakim partiyanın baş qərargahı yaxınlığına polis qüvvələri səfərbər olunub.

Hazırda baş ofisdə partiya rəhbərliyində təmsil olunan şəxslər toplaşıb. "Gürcü Arzusu"nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin də iştirak etdiyi tədbirdə partiyanın yerli seçkilərdə qələbəsi qeyd olunur. (APA)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.