Dünya

“TikTok”​dan Rusiyaya QADAĞA

6 Mart 2022 23:20
0 Şərh     Baxış: 2 211
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"TikTok" Rusiyada qüvvəyə minən saxta qanunlarla bağlı yeni məzmunların və canlı yayımların yayılmasını dayandıracaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Ən yüksək prioritetimiz əməkdaşlarımızın və istifadəçilərimizin təhlükəsizliyidir və Rusiyanın yeni "saxta xəbərlər" qanunu fonunda bizim video xidmətimizdə canlı yayımları və yeni məzmunu dayandırmaqdan başqa seçimimiz yoxdur. Biz bunun təhlükəsizliklə bağlı nəticələrini nəzərdən keçiririk. Bizim mesajlaşma xidmətimiz bundan təsirlənməyəcək", - deyə şirkətin açıqlamasında bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.