Dünya

Ukraynada 2200-dən çox hərbi obyekt məhv edilib - Rusiya MN

6 Mart 2022 12:07
0 Şərh     Baxış: 1 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xüsusi əməliyyat başlayandan bu günə kimi Rusiya silahlı qüvvələri Ukraynada 2200-dən çox hərbi obyekti məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib. 

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2203 hərbi infrastruktur obyekti vurulub. Onların arasında Ukrayna silahlı qüvvələrinin 76 komanda məntəqəsi və rabitə mərkəzi, 111 S-300, Buk M-1 və Osa zenit-raket kompleksləri, həmçinin 71 radiolokasiya stansiyası var", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkovun sözlərinə görə, "69 təyyarə yerdə, 24 təyyarə havada, 778 tank və digər zirehli döyüş maşını, 77 reaktiv yaylım atəş sistemi, 279 səhra artilleriya qurğusu və minaatan, 553 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 62 pilotsuz uçuş aparatı məhv edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.