Dünya

Terror qurbanı olan Həsənin FOTOsu

6 Mart 2022 05:22
3 Şərh     Baxış: 3 672
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi ötən gün Pakistanın Pişəvər şəhərindəki məscidlərin birində dəhşətli terror aktı törədilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 56 nəfər həyatını itirib, 200-ə yaxın adam yaralanıb.

Xəsarət alanlar arasında bir neçə nəfərin vəziyyətinin ağır olduğunu bildirilib.

Bu gün səhər saatlarından etibarən terror aktı nəticəsində həyatını itirən şəxslərin dəfn mərasimi keçirilir.

Diqqət çəkən məqam terror qurbanları arasında bir nəfər azyaşlının da olmasıdır. Qeyd olunur ki, Həsən Abbas adlı yeniyetmə ötən gün məsciddə törədilən terrorun qurbanı olub. 

Onun fotosunu məşhur pakistanlı bloqer və səyyah Riaz Ali Turi öz "Twitter"ində paylaşıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.