Dünya

“Cənubi Ukrayna AES-nə hücum olacaq” - Ukrayna DİN

2 Mart 2022 13:12
0 Şərh     Baxış: 1 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Elə indicə Ukrayna Milli Qvardiyasından məlumat daxil oldu ki, 20-dən çox Rusiya vertolyotu desantlarla birlikdə Nikolayev vilayətindən Cənubi Ukrayna Atom Elektrik Stansiyasının yerləşdiyi Voznesensk şəhərinə doğru uçub. Ola bilsin ki, Atom Elektrik Stansiyasına hücum olacaq. Milli Qvardiya döyüşə hazırdır! İşğalçılara ölüm!"

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz teleqram hesabında yazıb.

"Rusiya qoşunları Enerqodara yaxınlaşıb və şəhərin nəzarət-buraxılış məntəqəsinə doğru irəliləyirlər. AES işçiləri Rusiya ordusunu buraxmamaq üçün yola düşüblər", - deyə Zaporejye AES-in sözçüsü Andrey Tuz bildirib.

Qeyd edək ki, Cənubi Ukrayna Atom Elektrik Stansiyası Avropanın ən böyük AES-idir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.