Dünya

Ukraynanın verdiyi itkilər AÇIQLANDI - DƏHŞƏTLİ RƏQƏMLƏR

2 Mart 2022 11:39
1 Şərh     Baxış: 18 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Aerokosmik Qüvvələri xüsusi hərbi əməliyyat çərçivəsində Ukraynada 67 hərbi obyekti vurublar.

Milli.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.

Məlumata görə, ümumilikdə hərbi əməliyyat zamanı Ukraynanın hərbi infrastrukturunun 1502 obyekti sıradan çıxarılıb. Onlar sırasında 51-i idarəetmə məntəqəsi və rabitə mərkəzidir. Həmçinin 38 "S-300", " Buk M-1" və "Osa" zenit-raket kompleksləri, 51 radiolokasiya stansiyası var.

Yerdə 47, havada isə 11 təyyarə məhv edilib. Bundan başqa, 472 tank və digər zirehli döyüş avtomobili, 62 reaktiv yaylım atəşi sistemi, 206 artilleriya və minaatan, 46 PUA vurulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.