Dünya

Türkiyə Rusiya hərbi gəmilərinin Qara dənizə keçidini bağladı

26 Fevral 2022 17:54
Baxış: 3 939
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Güclü dəstəyə görə dostum cənab Ərdoğana və Türkiyə xalqına təşəkkür edirəm. Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qadağa qoyulması və Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək bu gün son dərəcə vacibdir".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

"Ukrayna xalqı bunu heç vaxt unutmayacaq!", - o vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.