Dünya

Ukrayna ilə bağlı paylaşımlarına görə şousu dayandırıldı

25 Fevral 2022 23:34
0 Şərh     Baxış: 3 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Birinci kanalı İvan Urqantın "Gecə şousu"nun cümə buraxılışını yayımdan çıxarıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. 

"Gecə şousu"nun yerinə "Böyük oyun" siyasi verilişi yayımlanıb. Bildirilir ki, bu dəyişiklik "mühüm ictimai-siyasi hadisələrlə bağlıdır".

Qeyd edək ki, İvan Urqantın şousunun dayandırılmasının aparıcının sosial şəbəkələrdə Rusiyanın Ukraynadakı hərbi əməliyyatına qarşı çıxması ilə bağlı paylaşımlarına görə olduğu deyilir. Bundan başqa, verilişin ssenaristi Aleksandr Qudkov da sosial şəbəkələrdə müharibəni fəal şəkildə tənqid edir.

İvan Urqantın kanaldakı fəaliyyəti isə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.