Dünya

Rusiya milyarderləri bu il 32 mlrd. dollar itiriblər

23 Fevral 2022 12:30
0 Şərh     Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il Rusiyanın 23 ən zəngin iş adamının sərvəti Ukraynada münaqişənin kəskinləşməsi fonunda 32 mlrd. ABŞ dolları azalıb.

Milli.Az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, sərvəti ən çox azalmış iş adamlarının siyahısına "Sibur"(neft-kimya şirkəti) və "Novatek" (qaz şirkəti) şirkətlərinin Direktorlar Şurasının üzvü Gennadi Timçenko başçılıq edir. Onun sərvəti ilin əvvəlindən 6,47 mlrd. dollar azalaraq 16 mlrd. dollara enib.

BBI-ya görə, "Novatek"in İdarə Heyətinin sədri Leonid Mixelson 6,23 mlrd. dollar, "Lukoil"un rəhbəri Azərbaycan əsilli Vahid Ələkbərov isə 3,48 mlrd. dollar itirib. Onların sərvətləri müvafiq olaraq 26,2 mlrd. dollara və 19,3 mlrd. dollara enib.

Nəticədə, BBI-ya daxil olan 23 Rusiyalı milyarderin sərvəti ilin əvvəlindəki 375 mlrd. dollardan 343 mlrd. dollara enib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.