Dünya

Zelenski Qərbi qorxutmağa çalışır

21 Fevral 2022 09:36
0 Şərh     Baxış: 1 388
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukrayna Prezidenti Vladimir Zelenskinin Budapeşt Memorandumundan çıxa biləcəyi ilə bağlı bəyanatları boş sözlərdir, heç kim Kiyevə nüvə silahı yaratmağa imkan verməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Krım senatoru Sergey Çekov deyib.

"Bu, sadəcə bəyanatdır, Ukrayna memorandumdan çıxa bilməz. Kim ona nüvə silahı yaratmağa icazə verəcək? Nə Rusiya, nə də başqa ölkələr buna imkan yaradar", - Çekov bildirib.

Senator istisna etməyib ki, bununla Zelenski Rusiyanı və Qərbi qorxutmağa çalışır, lakin o, belə effektə nail olmayacaq:

"Ondan kim qorxacaq? O, bu cür bəyanatlarla Ukraynaya ancaq ziyan vurur. Belə idarəçisi olan Ukrayna xalqına "rəğbət" bəsləmək olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.