Dünya

Donbasdan təxliyə edilənlərin sayı açıqlandı

20 Fevral 2022 22:25
1 Şərh     Baxış: 1 436
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün axşam saatlarında Donbasın 53 mindən çox sakini Rusiya Federasiyası ərazisinə təxliyə edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyayan məlumat verib.

Çupriyayanın sözlərinə görə, onlar Moskva vaxtı ilə saat 19:00-a qədər sərhədi keçiblər. Donbassdan 142 avtobusla Rostov vilayətindəki müvəqqəti yaşayış məntəqəsinə aparılıb.

Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edənin sözlərinə görə, tibbi yardım üçün 419 nəfər müraciət edib ki, onlardan 74-ü uşaqdır. Təxliyə edilənlərə psixoloji yardım da göstərilir. Çupriyanın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin psixoloqları 500 şəxsə kömək ediblər.

Çupriyayan qeyd edib ki, bu gün qaçqınların olduğu 6 qatar artıq Rostov vilayətindən başqa regionlara yola düşüb, daha 15 qatar isə sabah yola düşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.