Dünya

Böyük Britaniyada fırtına səbəbindən milyonlarla insana küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib

18 Fevral 2022 21:15
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada "Eunice" fırtınası səbəbindən milyonlarla insana küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin cənub-qərbində və Uelsdə küləyin sürətinin saatda 90 kilometr olacağı gözlənilir. Həmçinin bu ərazilərdə yaşayanlara daşqınlar, elektrik enerjisinin kəsilməsi və ictimai nəqliyyatın hərəkətində fasilələrin yaranması ilə bağlı xəbərdarlıq edilib.

Devon, Kornuol və Somersetdə milyonlarla insana müraciət edilərək fırtına zamanı evdə qalmağa çağırış edilib.

Uelsin bir hissəsi və İngiltərənin cənubundan Mançesterə qədər olan hissəsində qırmızı təhlükə kodu elan olunub. Güclü küləyin davam edəcəyini bildirən bu xəbərdarlıq yerli vaxtla səhər saat beşi və axşam doqquzu əhatə edir.

Uelsdəki bütün qatar xidmətlərinin fəaliyyəti dayandırılıb.

Baş nazir Boris Conson ordunun fırtınadan zərər çəkənlərə yardım etmək üçün hazır vəziyyətdə olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.