Dünya

Gülnarə Kərimovanın 131 milyon dolları ilə bağlı qərar verildi

15 Fevral 2022 10:32
0 Şərh     Baxış: 2 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistan və İsveçrə eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın vəsaitinin rəsmi Daşkəndə qaytarılması məsələsində razılığa gəlib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, Özbəkistan və İsveçrə danışıqların növbəti raundu keçirib.

Danışıqlar zamanı iki ölkənin nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının yeni Çoxtərəfli Etimad Fondunun yaradılması barədə anlaşıb.

Yeni fond İsveçrədə hələ də davam edən cinayət prosesinin bir hissəsi kimi gələcəkdə müsadirə oluna biləcək hər hansı əlavə aktivlərin restitusiyası üçün mexanizm rolunu oynayacaq. Hazırda təxminən 131 milyon dollar geri qaytarılmağa hazırdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.