Dünya

“Ukraynaya hücum hər an başlaya bilər” - ABŞ prezidentinin köməkçisi

13 Fevral 2022 21:27
0 Şərh     Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ukraynaya hücumun dəqiq vaxtını deyə bilməz.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu CNN televiziyasına müsahibəsində ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Sallivan əlavə edib ki, Vaşinqton hücumun istənilən gün başlana biləcəyini gözləyir.
"Biz dəqiq tarixi qabaqcadan deyə bilmərik. Rusiya tərəfindən Ukraynaya hücum hər an başlaya bilər", deyə Sallivan vurğulayıb.

Bununla belə, siyasətçi qeyd edib ki, Ukrayna ətrafında eskalasiya yaxın həftələrdə, Olimpiya oyunları bitənədək başlaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.