Dünya

Kanada vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb

12 Fevral 2022 08:38
0 Şərh     Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın Xarici İşlər Nazirliyi vətəndaşlarını təcili surətdə Ukraynanı tərk etməyə çağırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Melani Joli bəyanat yayıb.
Sənəddə finlandiyalılardan mövcud təyyarə reyslərindən istifadə edərək Ukraynanı dərhal tərk etmək tələb olunur.

"Biz tərəfdaşlarımızla əməkdaşlığı davam etdirir və vəziyyəti yaxından izləyirik. Bununla belə, mən bütün kanadalıları ölkəni indi tərk etmək üçün bütün mümkün tədbirləri görməyə çağırıram", deyə diplomat bildirib.

Nazir vurğulayıb ki, Kanada səfirliyinin əməkdaşları bütün zəruri konsul xidmətini göstərməyə davam edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.