Dünya

23 yaşlı qız vaqonun təkərləri altında qaldı

10 Fevral 2022 08:43
0 Şərh     Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Sverdlovsk vilayətində 23 yaşlı qadın bələdçi faciəli şəkildə dünyasını dəyişib.

Rusiya İstintaq Komissiyasının yaydığı məlumata istinadən xəbər verir ki, onun əzilmiş meyitini 19-cu vaqonun təkrələri altında aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bələdçi qatarın qapısını bağlamaq istəyərkən müvazinətini itirərək yerə yıxılıb. Lakin o, yıxıldıqdan sonra özünü toparlayaraq relslərin üstü ilə ən yaxın stansiyaya doğru irəliləyib. Bir neçə dəqiqə sonra arxadan gələn yük qatarı qadını vurub. Sürücü siqnal versə də, bələdçi eşitməyib. Təcili əyləc də işə salınıb, məsafə az olduğundan faciə qaçılmaz olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.