Dünya

Dünyanın ən varlı adamı da mediadan narazıdır - FOTO

9 Fevral 2022 12:20
0 Şərh     Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elon Mask dünya mediasında neqativ xəbərlərin bolluğundan gileylənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dünyanın ən varlı adamı "Twitter"dəki paylaşımında belə xəbərlərin onu qəzəbləndirdiyini və kədərləndirdiyini bildirib.

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi qeyd edib ki, jurnalistlər pis xəbərlərin daha populyar olması səbəbindən onlara üstünlük verirlər. Lakin belə vəziyyət planetdə baş verənlər barədə dəqiq təsəvvür yaratmağa imkan vermir.

"Axı biz heç də hər şeyin pis olmadığı böyük bir planetdə yaşayırıq", - deyə Mask vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.