Dünya

“Ölkədə sakitlik olanda hakimiyyətdən gedəcəm” - Lukaşenko

5 Fevral 2022 23:29
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən hansı halda gedəcəyi ilə bağlı danışıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, ölkə ətrafında çətin vəziyyət yarandıqca ölkəyə rəhbərlik edəcəyini deyib.

Bildirib ki, ölkədə sakitlik olanda gedəcək: "Müharibə və ya 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra yaranmış vəziyyət kimi vaxtda həmişə rəhbər olacağam"

Qeyd edək ki, 9 avqust 2020-ci ildə Belarusda prezident seçkiləri keçirilib. Ertəsi gün ölkənin Mərkəzi Seçki Komissiyası 80,10% səslə Lukaşenkonun qələbəsini elan edib. Nəticədən narazı olanlar ölkədə kütləvi etiraz aksiyaları keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.